BAKU Azərbaycan
22.03 °C

Finlandiyada meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Finlandiyada meymunçiçəyi xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.

Gazette.az TASS-a istinadən xəbər verir ki, bu barədə Helsinki şəhər xəstəxanasının məlumatında deyilir.

Xatırladaq ki, meymunçiçəyi xəstəliyinə ilk təsdiqlənmiş yoluxma halı mayın 7-də qeydə alınıb. İndiyədək dünyada meymunçiçəyi xəstəliyinin aşkarlandığı ölkələrin sayı 19-a, virusa yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı 131-ə çatıb.