Azərbaycanda baş verən yüksək inflyasiyanın səbəbləri açıqlanıb

Azərbaycanda baş verən yüksək inflyasiya əsasən idxal inflyasiyası ilə bağlıdır.

Bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2021-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Sevinc Həsənova hesab edir ki, yalnız Azərbaycanda deyil, bütün dünyada COVID-dən sonrakı dövrə keçid olaraq yaranmış tələbin qarşılanmasındakı çətinliklər misli görünməmiş inflyasiya təzyiqləri yaradıb.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı da bu təzyiqlərdən yan ötməyib: “Bizim verdiyimiz proqnozlara nisbətən inflyasiya daha yüksək – 17 % olub. Beynəlxalq təşkilatıların proqnozuna görə 2021-ci ilin son ayında ən yüksək həddə çatacağı, növbəti ildə əmtəə qiymətləri indeksinin nisbətən 5 dəfə aşağı olacağı, 2022-ci ilin ortalarına qədər həm inkişaf etmiş ölkələrdə, həm də inkişaf etməkdə olan iqtisadiyyatlar üçün pandemiyadan əvvəlki səviyyəyə qayıdacağı ehtimal edilsə də, pandemiyanın təsiri nəticəsində qlobal təchizat və istehsal logistika zəncirində baş vermiş sınmaların hələ də qalması, xüsusilə də son aylar Rusiya-Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokunun baş verməsi, dünyanın müxtəlif yerlərində baş verən iqlim dəyişiklikləri, o cümlədən, quraqlıq səbəbindən məhsuldarlığın azalması bir sıra məhsulların ixracını azaldıb. Bu da bir çox məshulların qiymətlərinin artmasına gətirib çıxarıb”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR