İlan sancan nahiyəyə çox toxunmaq olmaz, zəhəri yayır

İlan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına aparıb çıxarır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev AZƏRTAC-a bildirib.
Həkim deyib ki, əhali arasında ilan sancması zamanı ilk tibbi yardımla bağlı yanlış fikirlər mövcuddur. Təəssüf ki, çox vaxt ilan sancan kimi həmin nahiyəni təcili olaraq bağlamağa, sıxmağa üstünlük verirlər. Halbuki bunu etmək qətiyyən yolverilməzdir, çünki belə hallar çox pis ağırlaşma, hətta ölümlə nəticələnə bilər. İlk yardım kimi həmin yaranı hansısa bir dezinfektantla işləmək və sıxmayan bir bintlə sarğı qoymaq olar. Əgər hansısa ağrı sindromu varsa, həkimə çatdırana qədər ağrıkəsici və allergiyaya qarşı sadə bir preparat qəbul etməklə yardım göstərmək kifayətdir.

Dr.İsmayıl Əfəndiyev bildirib ki, ilan sancan nahiyəyə çox toxunmaq və hərəkət etdirmək zəhərin daha da yayılmasına aparıb çıxarır. Zəhərə qarşı zərdablar müəyyən analizlər aparılandan sonra müəyyən edilir. Zərdabın effektivliyi ilk sutkada özünü göstərir. Birinci növbədə bilmək lazımdır ki, erkən mərhələdə ilan zəhəri, ümumiyyətlə, qanla limfosit damarlarla bədənə yayılır, ona görə qan damarlarını sıxmaqla heç nəyə nail olmaq mümkün deyil. İlan zəhəri daha dərin toxumalara, hətta sümüyə gedir və belə hallarda ildırımvari zəhər bədənə yayılır. İlanla qarşılaşarkən qəfil hərəkətlər etmək olmaz. Yay aylarında ilan və həşəratlar özləri üçün sərin yerlər seçdiklərinə görə kölgəlik və evlərin zirzəmilərində ehtiyatlı olmaq məsləhət görülür.

Qeyd edək ki, Respublikamızda 30-a yaxın ilan növü var. Havaların istiləşməsi həmin sürünənlərin fəallaşmasına səbəb olur. İlan sancması zamanı dəri şişir, qızarır və tədricən göyərməyə başlayır. Bu zaman zərərçəkəndə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur. Bir çox hallarda ürək döyünmələri də sürətlənir, zəhər mərkəzi sinir və qan-damar sisteminə təsir edir. İnsanlar belə halla qarşılaşan zaman təşvişə düşür.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR