BAKU Azərbaycan
12.03 °C

Avropa Şurası: "Azərbaycan qadın hüquqlarının müdafiəsi sahəsində müsbət addımlar atır”

“Avropa Şurası (AŞ) qadınların hüquqlarının müdafiəsi və məişət zoraklığına qarşı mübarizə mövzusunda Azərbaycan ilə əməkdaşlıq edir”.

Gazette.az xəbər verir ki, bu fikirləri AŞ-nin Baş katibi Mariya Peyçinoviç-Buriç "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizədə milli parlamentlərin rolu" mövzusunda keçirilən tədbirdə onlayn-çıxışı zamanı bildirib.

“Qadınlara qarşı zorakılıq daim müzakirə mövzumuz olmalıdır. Hər bir dövlət, hər bir təşkilat daim zorakılıqla mübarizə aparmalıdır. Azərbaycanm bu istiqamətdə müsbət addımlar atır”, - o deyib.

Şuranın Baş katibi Azərbaycanın qadınların hüquqlarının müdafiəsi və məişət zoraklığına qarşı mübarizə mövzusunda müxtəlif layihələr həyata keçirdiyini nəzərə çatdırıb.

M.Peyçinoviç-Buriç İstanbul Konvensiyasının qəbul edilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, bu konvensiyanı ratifikasiya etmiş ölkələr qadınlara qarşı zorakılıqla mübarizə sahəsində irəli böyük addım atıb: "Ümid edirik ki, Azərbaycan da İstanbul Konvensiyasını ratifikasiya edəcək”.