Yenidoğulmuşlarda sarılıq. Narahatçılıq üçün səbəb varmı?

Yenidoğulmuşların əksər hissəsi doğulduqda 2-3 gün keçdikdən sonra saralır - onların dərisi, selikli qişaları, gözləri sarı rəng alır.

Cavan anaları bu dəyişikliklər qorxuzur və onlar körpələrində olan hər hansı təhlükəli xəstəliklərdən şübhələnməyə başlayırlar. Lakin əksər hallarda narahatçılıq üçün heç bir ciddi səbəb olmur. Belə sarılıq fizioloji prosesdir, yəni bu heç bir xəstəliyin və ya pozulmanın əlaməti deyil.

Bu prosesin mexanizmini izah edək. Ana bətnində olan körpə müstəqil şəkildə nəfəs ala bilmir və öz inkişafı üçün lazım olan oksigeni cift vasitəsilə ananın qanından alır. Bu səbəbdən dölün qanında xüsusi hemoqlobin - fetal hemoqlobin hazırlanır. Bu hemoqlobin oksigeni özünə daha rahat birləşdirir.

Doğulduqdan sonra körpə müstəqil şəkildə nəfəs almağa başlayır və nəticədə onun qanında olan fetal hemoqlobin "böyüklərin" hemoqlobini ilə əvəz olunmağa başlayır. Hemoqlobin eritrositlərin (qırmızı qan hüceyrələri) tərkibinə daxildir. "Köhnə"  hemoqlobinlə olan eritrositlər dağılır və "təzə" hemoqlobinlə olan eritrositlərlə əvəz olunur. Köhnə eritrositlərin parçalanması ilə insan orqanizmində qara ciyər məşğul olur. Böyüklərdə hər 120 gündən bir köhnə eritrositlər təzələri ilə əvəz olunur. Hemoqlobinin parçalanması nəticəsində digər maddə - bilirubin əmələ gəlir. Bilirubin orqanizm üçün ziyanlıdır. Lakin bizim qara ciyərimiz onu əsaslı şəkildə zərərsizləşdirir və ziyansız  maddəyə çevirir. Zərərsizləşdirilmiş bilirubin nəcis və sidiklə orqanizmdən xaric olunur. Böyüklərdə normada bu proses belə baş verir.

Lakin yenidoğulmuşlarda qara ciyər hələ ki tam gücü ilə işləyə bilmir. Zərərsizləşdirilməmiş bilirubin körpənin orqanizmində toplanmağa başlayır. Bilirubin sarı piqmentdir. Məhz bu səbəbdən orqanizmdə artıq bilirubin toplandıqda dəri və selikli qişalar sarı rəng alır. 1-2 həftədən sonra körpənin qara ciyəri normal işləməyə başlayır və sarılıq tədricən keçir. Normada bu belə olmalıdır.

Fizioliji sarılıq heç bir xüsusi müalicə tələb etmir. Onun ən yaxşı müalicəsi - ana südüdür (xüsusilə ananın ilkin südü). Məhz bu səbəbdən körpənin ilkin əmizdirilməsi (doğuş zalında) və daha sonra yalnız ana südü ilə qidalandırılması çox vacibdir.

Nadir hallarda fizioloji sarılıq zamanı (körpənin qanında bilirubinin səviyyəsi 200 mkmol/l-dən yuxarı qalxdıqda, sarılıq uzun müddət ərzində keçmədikdə) körpəyə müalicə təyin oluna bilər. Bu zaman ona adətən 5%-li qlyükoza, ödqovucu preparatlar və fototerapiya (işıqla müalicə) təyin olunur. Bütün bu vasitələr körpənin qara ciyərinə artıq bilirubinlə mübarizə aparmaqda kömək edir. Körpənin anadan olduğu ilk həftələrində pediatr onun vəziyyətinə ciddi şəkildə nəzarət etməli və lazım olduqda sarılığa görə müalicə təyin etməlidir.

Fizoloji sarılıqdan fərqli olaraq patoloji sarılıq körpələrdə mütləq və təcili olaraq müalicə olunmalıdır. Əks halda uşağın baş beynində və sinir sistemində geriyədönməz ağır dəyişikliklər baş verəcək.

Patolojı sarılıq uşaq doğulduqdan dərhal sonra inkişaf edir, bilirubinin səviyyəsi körpənin qanında çox tez qalxır, qara ciyər, dalaq böyüyür, sidik tündləşir, nəcis rəngsizləşir, hemoqlobinin səviyyəsi çox aşağı olur və s. Belə sarılıq forması kifayyət qədər nadir hallarda inkişaf edir və onun əsas səbəbləri ana ilə körpənin rezus-uyğunsuzluğu  (anada qanın rezus-faktoru mənfi, körpədə müsbət olduqda), qara ciyərin bətndaxili zədələnməsi, bəzi genetik patologiyalar və s. Patoloji sarılığın yüngül formalarında körpəyə qlyükoza, ödqovucular və işıqla müalicə təyin olunur. Daha ağır formalarında qan köçürülməsindən istifadə olunur.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR