Dövlət Komitəsində İctimai Şuranın növbəti iclası keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Gazette.az xəbər verir ki, Şuranın sədri, “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin rəhbəri Anar Xəlilov iclasda hesabat məruzəsi ilə çıxış edib.

Məruzədə şuranın birillik fəaliyyət dövrü əhatə olunub.

Ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin uğurla həyata keçirildiyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti, rəşadətli ordumuzun qəhrəmanlığı nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlandığı, otuz ilə yaxın didərginlik həyatı yaşayan həmvətənlərimizin ata-baba yurdlarına qayıdışına hazırlıq görüldüyü bildirilib.

Dövlət başçısının, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərə daim diqqət və qayğı göstərdiyi bir daha minnətdarlıq hissi ilə qeyd edilib.

Öz işini “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri əsasında quran və bir il əvvəlki seçkilərdə tərkibi yenilənən İctimai Şura ilə Dövlət Komitəsi arasında əlaqələrin daha da möhkəmləndiyi, məcburi köçkünlərin qarşılaşdıqları problemlərin həllinə ictimai dəstəyin təmin edilməsi üçün zəruri iş aparıldığı diqqətə çatdırılıb. Şura üzvləri vaxtaşırı məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində, o cümlədən onlar üçün salınmış müasir tipli qəsəbə və yaşayış komplekslərində olur, müşahidələr aparır, görüşlər keçirirlər. Bu zaman aşkar edilən və qaldırılan problemlərin həlli Dövlət Komitəsinin müvafiq strukturları ilə birgə araşdırılır, mövcud qanunvericilik çərçivəsində öz həllini tapır. Operativ fəaliyyət üçün şura üzvləri və komitənin səlahiyyətli şəxslərindən ibarət WhatsApp qrupunun yaradıldığı, məcburi köçkünlərin müraciətlərinin dərhal cavablandırılması üçün bu imkandan səmərəli istifadə edildiyi bildirilib. Şuranın sosial şəbəkələrdəki hesabları isə məcburi köçkünlərlə aktiv əlaqə vasitəsidir.

İclasda iştirak edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev səmərəli fəaliyyət göstərdiklərinə görə şura üzvlərinə təşəkkür edib, onların rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib, məcburi köçkünlərlə bağlı işlərin həyata keçirilməsində ictimai iştirakçılığın mühüm əhəmiyyətini vurğulayıb. Hazırda məcburi köçkünlərin doğma yurda qayıdışa hazırlanmasının ən vacib məsələ olduğu qeyd olunub və bununla əlaqədar şura üzvləri ilə ətraflı fikir mübadiləsi aparılıb.

İclasda Anar Xəlilov İctimai Şura ilə səmərəli əməkdaşlıq edən komitə işçilərinə təşəkkür plaketi təqdim edib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR