
Reklam
08 May 2022, 14:41
521
Hava şəraiti mayın 13-də sabitləşəcək
Ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşməsi mayın 13-də gözlənilir.
Gazetta.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, respublikanın rayonlarında mayın 9-u və 10-da fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Lakin güclü yağıntılar gözlənilmir.
"Yağıntıların intensivliyi azalıb. Bu gün günün ikinci yarısı və axşama doğru küləyin sürətinin zəifləməsi proqnozlaşdırılır", - Xidmət rəisi əlavə edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





