
Reklam
07 May 2022, 12:58
581
Rusiyada 8 yaşayış məntəqəsində yanğın olub, ölənlər və yaralananlar var
Rusiyanın Omsk vilayətinin 8 yaşayış məntəqəsində baş verən yanğın nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Gazetta.az TASS-a istinadən xəbər verir ki, bunu vilayətin başçısı Aleksandr Burkov bildirib.
Onun sözlərinə görə, yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, yanğına güclü külək səbəb olub.
Bundan başqa, Krasnoyarsk ərazisində də 5 min hektar ərazidə, 55 tikilidə yanğın baş verib. Krasnoyarsk diyarının qubernatoru Aleksandr Uss yanğınlarla əlaqədar region üzrə fövqəladə vəziyyət rejimi elan edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





