BAKU Azərbaycan
16.03 °C

Nigeriya aviadaşıyıcıları mayın 9-da fəaliyyətini dayandıracaq

Nigeriyanın aviadaşıyıcıları təyyarə yanacağının bahalaşması səbəbindən mayın 9-dan etibarən fəaliyyətini dayandıracaq.

Gazetta.az TASS-a istinadən xəbər verir ki, bu barədə Nigeriya Aviaşirkətlər Assosiasiyası ölkənin aviasiya naziri Hadi Sirikaya ünvanladığı məktubda bildirib.

Assosiasiya qeyd edib ki, aviasiya yanacağının qiyməti durmadan artmaqda davam edir və bu, əməliyyatların davamlılığına və aviaşirkətlərin maliyyə imkanlarına böyük təzyiq göstərir.

Nigeriyada “Jet A1” aviasiya yanacağının bir litrinin qiyməti ilin əvvəlindən bəri 4 dəfəyə yaxın artaraq 190 nayrdan (0,46 ABŞ dolları) 700 nayra (1,69 ABŞ dolları) yüksəlib.

 

 

report