Bərdə-Ağdam dəmir yolu xəttində görülən işlər açıqlanıb

Bərdə-Ağdam dəmir yolu xəttində tikinti işlərinin 44 %-i yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Gazetta.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova Ağdama təşkil edilmiş media-turda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir.

Layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır.

Onun sözlərinə görə, süni mühəndis qurğusuna 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir: "Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib.

Nəzərinizə çatdıraq ki, tikinti-quraşdırma işləri iki mərhələdə həyata keçirilir.

I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyaları daxil olmaqla, 20,78 km-lik ərazini əhatə edir. Burada torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100 % həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79 % təşkil edir.

II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə edən 26,32 km-lik ərazidə həyat keçirilir. Burada torpaq işləri 18 %, suni qurğular 12 %, dəmir yolunun üst quruluşu elementləri isə 9 % həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8 %-dir.

Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.

Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR