Qurani-Kərimdə şərabın qadağan edilməsinin 4 mərhələsi

Qurani-Kərim adətən şərab içən və qumar oynayan insanlarla öncə sərt rəftar etməz. Buyurar ki, ey insan! Bunlar sənin həm maddi və həm də mənəvi dünyan üçün zərərlidir və sənə özünü və həyatını unutdurur, qəflətə salır. Ancaq mənəvi ziyanı daha çoxdur.

Quran üzümdən və ya başqa bir şeydən alınan şəraba ona görə xəmr deyir ki, yaratdığı məstliklə ağılın üzərindən pərdə çəkər və qoymaz ki, insan pisi yaxşıdan ayırsın.

Allah Təala dörd mərhələdə şərab içən insanla rəftar edər.

1. "Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır". ("Nəhl" 67).

Allah Təala buyurur ki, bu pak meyvələrdən məstedici maye alırsınız, halbuki, bu meyvələrdən düzgün istifadə yolu bu deyildir.

2. "Səndən şərab və qumar barəsində soruşurlar, de: "O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün(maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür"". ("Bəqərə" 219).

Bu ayədə Allah şərabı haram etmək üçün çox lətif və nəzakətli rəftar edir və çox incə şəkildə buyurur ki, şərab günahdır.

3. "Ey iman gətirənlər, sərxoş halda (sərxoşluğunuz aradan gedənə və) nə dediyinizi bilənə kimi namaza yaxınlaşmayın". ("Nisa" 43).

Allah Təala buyurur ki, əgər şərab içmisənsə, namaza yaxın durma. Bu işin iki faydası vardır. Biri budur ki, namazqılan insan dediklərini dərk etməlidir.

Əgər insan şərab içərsə, əvvəla, Allaha qarşı ədəbsizlik etmiş olar, bu namazından bəhrə aparmaz. İkincisi isə namazın beş vaxtı bir-birinə yaxın olduğu üçün heç kəs şəraba yaxın dura bilmirdi və bu bir növ şərabdan uzaqlaşdırmağın ən yaxşı yolu idi.

4. "Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.

Həqiqətən şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?". ("Maidə" 90-91).

Allah Təala artıq bu ayədə qəti şəkildə buyurur ki, şərab haramdır və şeytanın işlərindəndir. Allah üç əvvəlki hökmdə müsəlmanların zehnini şərabın haram olmasına tədricən hazır edir və bu ayədən sonra isə qəti nöqtəni qoyur və haram olduğuna hökm verir. Bu ayədən sonra bütün şərab şüşələri zibilliyə atılmağa başladı.

İmam Baqir (ə) şərabın ziyanı barəsində buyurur: "Şərabxor bütpərəst kimidir. Şərab ona bədən titrəməsi gətirər, mərdliyini, insafını məhv edər.

Şərab, şərabxoru vadar edər ki, yaxınlarının, qohumlarının qanını tökmək və zina etmək cəsarəti əldə etsin. O, məst olandan sonra bu işi diqqətsiz yerinə yetirər. Şərab hər növ şər və insanlığa zidd əməlləri görməyə vadar edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Şərab çirkinliklərin və cinayətin köküdür"

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR