BAKU Azərbaycan
15.03 °C

Bəxtiyar Məmmədov: "İki gənc qız "20 Yanvar" stansiyası yoluna düşüb"

"İki gənc qız "20 Yanvar" stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar".

Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat ixmdətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Dərhal "20 Yanvar-İnşaatçılar" mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə "20 Yanvar" stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb", - B.Məmmədov bildirib.