Sahil Babayev: "Son 3-4 ildə Azəbaycanda əmək müqavilələrinin sayı 30 % artıb"

"Son 3-4 il ərzində Azəbaycanda 400 min əmək müqaviləsi bağlanıb. Bu, 30 %-lik artım deməkdir. Ölkədə əmək haqqının minimum məbləği 2,3 dəfə, orta əmək haqqı isə 40 %-dən çox artıb. Əmək haqqı fondu 2 dəfədən çox artıb, özəl sektorda əmək haqqı fondu isə 2,2 dəfə artıb".

Gazette az xəbər verir ki, bunu “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Onun sözlərinə görə, bütün bu islahatlar cəmi 3 illik fəaliyyətin nəticəsidir: "Bu islahatlar təkcə dövlət tərəfindən aparılmır. Dövlət addımı atır, nəticəsi sahibkarlar və işəgötürənlərdən gəlir. Bu gün alıcılıq qabiliyyəti paritetinə görə və nominal ifadədə Azərbaycanda minimum əmək haqqı məbləği artıq MDB məkanında ikinci yerdədir. Azərbaycanda çox ciddi əmək münasibətləri bazası formalaşıb”.

Sahil Babayev hesab edir ki, Azərbaycanda sahibkarlıq çox sürətlə inkişaf edir: "Bildiyiniz kimi, ölkəmiz müstəqilliyinə qovuşanda sahibkarlıqda özəl sektorun payı sıfıra bərabər idi. Hazırda isə bu pay iqtisadiyyatın əhəmiyyətli, demək olar mütləq hissəsinə çevrilib. Əminəm ki, bu istiqamətdə inkişaf davam edəcək”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR