Azərbaycan paracüdoçusu: "2016-cı ildən görmürəm, həkimlər mənə haqsızlıq edib"

"2016-cı ildən tam görmürəm, həkimlər mənə qarşı haqsızlıq edib".

Bunu açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən gözdən əlillərin Qran-prisinə (“2022 IBSA Judo Grand Prix”) buraxılmayan Azərbaycan paracüdoçusu Zakir Mislimov deyib.

90 kq çəki dərəcəsində çıxış edən paralimpiyaçı gözündəki problemin sinirlə əlaqədar olduğunu bildirib: "İşıq üzü belə görmürəm, tam qaranlıqdır. Burada nə qədər etsələr də, mənim sinirlərimi yoxlaya bilmədilər. Bu, onların öz problemidir. Mənə qarşı haqsızlıq oldu. Əziyyət çəkib yarışa hazırlaşmışdım".

38 yaşlı idmançının şəxsi məşqçisi Ramin İbrahimov paracüdoçunun tam görmədiyini söyləyib: "Biz aylardır hazırlaşırdıq. Zakirin məşqə gəlməyi və qayıtmağı çox çətindir, çünki görmür. Burada gözünə baxa bilmədilər, çünki gözü açılanda qarası qaçır. O da bizim problemimiz deyil. Dəmirlə gözü açmalı idilər. Soruşduq və dedilər ki, bizdə o alət yoxdur. Buna görə də Zakir haqsızlığa uğradı. Hazırda psixoloji olaraq gərgindir. Onun xəstəliyi əsəblə əlaqədardır. Zakirə təsəlli veririk. Çalışacağıq ki, növbəti yarışlarda belə haqsızlığa məruz qalmayaq".

Qeyd edək ki, Azərbaycanın 9 təmsilçisi tibbi təsnifatların nəticəsinə əsasən yarışa buraxılmayıb.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR