
Reklam
23 Aprel 2022, 15:52
493
Bakı metrosunda qatarların hərəkəti ləngiyib
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" istiqamətində hərəkət edən qatarda texniki nasazlıq yaranıb və bu səbəbdən sərnişinlər "28 may" stansiyasında qatardan düşürülüb.
Gazette az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bundan sonra köməkçi qatar xəttə buraxılıb: "Təlimat tələblərinə uyğun olaraq həmin qatardan da sərnişinlər düşürülüb. Qatar xətdən çıxarılır, buna görə də xətdə 10-12 dəqiqə yubanma yaranıb. Amma qatarlararası interval qorunub saxlanılır".
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





