BAKU Azərbaycan
16.03 °C

Dünyaca məşhur kamança ustası Bakıda konsert verəcək

Dünyaca məşhur kamança ustası Mark Eliyahu yenidən Bakıya gəlir.

Gazette az xəbər verir ki, kamança ustası Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

İyunun 19-da keçiriləcək konsert sənətçinin “About Love” adlı turnesi çərçivəsində baş tutacaq.

Qeyd edək ki, 1982-ci ildə Dağıstanda doğulan israilli kaman ifaçısı Yunanıstanda kamança ilə tanış olsa da, Azərbaycana gələrək Əməkdar artist, kamança ustası Ədalət Vəzirovdan dərs alıb. Markın atası da məşhur musiqiçi Piris Eliyahudur.

 

 

report