BAKU Azərbaycan
16.03 °C

Bocciaçılarımızın keçdiyi keşməkeşli yol - FOTO

Boccia idman növü ilk dəfə İtaliyada yaranmışdır. Boccia idmanı ilə bütün ağır kateqoriyalı (uşaq serebral paraliçi, əzələ distrofiyası, beyin travması, dayaq-hərəkət aparatının pozulması) əlilliyi olan şəxslər məşğul ola bilər. Boccia idmanı 1984-cü ildən Paralimpiya oyunlarının proqramına daxil edilmiş və 50-yə yaxın ölkədə sürətlə inkişaf etmişdir. Azərbaycanda Boccia idman növünün inkişafına və fiziki məhdudiyyətli şəxslərin bu idman növünə cəlb olunmasına isə 8 il əvvəl başlanmışdır. 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən bu idman növünün təbliğinə başlanılıb və 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə-Reabilitasiya mərkəzində Boccia idman növü üzrə milli komanda yaradılıb. 2018-ci il mart ayının 18-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə "Boccia İdman Federasiyası" yaradılmışdır. "Boccia İdman Federasiyası"nın vitse-prezidenti Vüqar Əsgərov və Boccia idmanı üzrə Baş Məşqçi kimi çalışmış İlham Məhərrəmov Baş Katib vəzifəsinə təyin edilib. Boccia idman növü üzrə milli komanda 2014, 2015, 2016, 2017, 2018 - ci illərdə "Senicup" turnirində, 2019,  2021-ci ildə isə "Senicup" Azərbaycan Çempionatında iştirak edib. Bundan əlavə 3 dəfə İspaniyada, 2 dəfə İtaliya və 1 dəfə Xorvatiyada keçirilən yarışlarda, həmçinin Belarusiya və İsraildə təlim-məşq toplanışında iştirak edib. Hazırda milli komanda hesabında 1 qızıl və 6 gümüş medal var. 2019-cu il avqust ayının 17-də rəsmi təsdiq olunan "Boccia Könüllüləri" də fəaliyyət göstərir.