BAKU Azərbaycan
16.03 °C

"Barselona"nın futbolçusu "Ferrari"yə toxunan uşağa qəzəblənib

İspaniyanın "Barselona" klubunun futbolçusu Samuel Yumtiti məşq bazasının yaxınlığında qalmaqalla üzləşib.

Gazette az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi hazırlıq prosesindən çıxarkən azarkeş kütləsi ilə üz-üzə gəlib.

Fransalı oyunçu "Ferrari" markalı avtomobilinin pəncərəsindən avtoqraf verib. Həmin vaxt azyaşlı uşaqlardan biri maşının pəncərəsinə vuraraq futbolçunun diqqətini cəlb etməyə çalışıb. Bu, Yumtitinin qəzəblənməsinə səbəb olub. O, uşağa avtomobilə toxunmamalı olduğunu söyləyib: "Maşına toxunma, mən onsuz da səni görürəm".

Bu hadisədən sonra müdafiəçi oradan uzaqlaşıb və həmin uşağa avtoqraf verməyib.

Qeyd edək ki, Samuel Yumtiti cari mövsüm "Barselona"nın heyətində cəmi bir oyunda meydana çıxıb.