Bu dərmanlardan sonra içki içmək ölümə səbəb ola bilər

Əksər dərmanlar, o cümlədən "parasetamol", antibakterial preparatlar və xolesterolu azaldan dərmanlar (statinlər) alkoqolla uyğun gəlmir. Ümumiyyətlə, spirtli içki və dərman qəbulunun nəticələri gözlənilməzdir.

Bu barədə N.İ.Piroqov adına Rusiya Milli Elmi-Tədqiqat Tibb Universitetinin molekulyar farmakologiya və radiobiologiya kafedrasının baş elmi işçisi Vladimir Roqovski bildirib.

Onun sözlərinə görə, spirtli içkilər dərmanları emal edən (metabolik edən) fermentlərin işini sürətləndirir.

"Bunun nəticələri fəsadlardan tutmuş dərmanın təsirinin zəifləməsinə qədər çox fərqli ola bilər", - deyə farmakoloq izah edir.

Ekspertin sözlərinə görə, spirtli içki ilə birlikdə dərmanın bir dozası belə ölümcül nəticələr üçün kifayətdir. O, nümunə kimi "parasetamol" dərmanını göstərir.

 

"Məsələn, başı ağrıyan insan "parasetamol" qəbul edir, sonra bir rumka hər hansı alkoqollu içki içir. Bəziləri üçün hətta bu qədəri kifayətdir ki, qaraciyər fəaliyyətini dayandırsın (kəskin hepatotoksiklik), toksinlər sürətlə qanda toplanır, beyinə təsir edir, tənəffüs mərkəzi fəaliyyətini dayandırır" - deyə o, xəbərdarlıq edib.

Ekspert bununla belə, konkret nəticələri əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb.

"Bütün insanlarda fermentlərin sürəti fərqlidir", - deyə o, əlavə edib.

Farmokoloq bildirib ki, hər bir dərman qəbuluna alkoqolun təsirini öyrənmək üçün mütəxəssislə məsləhətləşmək lazımdır.

"İçki istehlakı dərmandan bir neçə saat sonra da, bir neçə gün sonra da (məsələn antibiotik kursundan) ola bilər", - deyə Roqovski bildirib.

SON XƏBƏRLƏR

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

BÜTÜN XƏBƏRLƏR