Abşeronda karxanada pozuntular aşkarlanıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsində fərdi sahibkar Abdullayev İlqar Yadulla oğluna məxsus daş karxanasında plan üzrə yoxlama aparılıb.

Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Yoxlama zamanı karxanada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkar edilib.

Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı, üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib. Həmçinin daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin birləşmə yerlərinin izolyasiyasız olması, naqillərin isə elastik olmaması nöqsan kimi qeyd edilib.

Bundan əlavə, müfəttişlərin əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə tutulmuş rels yolunun sonunda dayaqların olmadığı aşkar edilib. Eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmaması da nöqsan olaraq müfəttişlər tərəfindən qeyd edilib.

Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Aşkar edilən pozuntular barədə akt tərtib olunaraq, pozuntuların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət!

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

BÜTÜN XƏBƏRLƏR