BAKU Azərbaycan
14.03 °C

Şri-Lanka defolt elan edir

İqtisadi böhrandan əziyyət çəkən Şri-Lanka Beynəlxalq Valyuta Fondundan yardımı ilə qaytarmaq istədiyi 51 milyard ABŞ dollarlıq xarici borcunu ödəməyəcəyini və defolt elan edəcəyini açıqlayıb.

Gazette az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Ölkə bəyan edib ki, hazırkı vəziyyətdə ərzaq və yanacaq idxalını maliyyələşdirmək üçün getdikcə azalan valyuta ehtiyatlarını qorumağa məcburdur və defolt bunun üçün atılan fövqəladə bir addımdır.

Bu arada Şri-Lanka Mərkəzi Bankına yeni sədr təyin edilmiş Nandalal Wirasinqxe bəyan edib ki, hökumət kreditorları ilə danışıqlar aparmağa və onlara ödənişləri müvəqqəti dondurmağa çalışır.