Sorğu: Rusiyalıların 41 faizi sanksiyaların təsirini hiss edir, amma...

Gazette az xarici mediaya istinadən xəbər verir ki, Rusiyalıların 41 faizi ölkə iqtisadiyyatına Ukraynaya qarşı müharibə başlanandan qoyulmuş sanksiyaların təsirini hiss edib.

Müstəqil sosioloqlar qrupunun apardığı sorğudan məlum olub ki, Rusiyaya qarşı Qərb sanksiyalarının təsirini daha çox 24-35 yaş arasında olanlar hiss ediblər.

Sorğuda iştirak etmiş respondentlər maddi rifahlarının pisləşməsini qeyd edirlər.

Sanksiyalardan ən az təsirləndiyini bildirənlər 23 faiz təşkil edirlər.

Rəyi soruşulanların 39 faizi müharibə dövründə gəlirlərinin azaldığını bildirib.

Bu da bəlli olub ki, ailə gəlirlərinin azaldığını daha çox ən yoxsul təbəqədən olanlar deyirlər.

Respondentlərin 32 faizi baş verənlərlə bağlı depressiya və hətta həyəcan keçirdiyini bildirib.

"Militaristlər" və "pasifistlər"

Bu da qeyd olunur ki, "Xronika" respondentləri şərti olaraq iki qrupa ayırıb. "Militaristlər" qrupuna Moskvanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləyənlər daxildirlər. "Pasifistlər" isə müharibənin tezliklə başa çatmasını istəyənlərdir.

Birinci qrupa daxil olan respondentləri müharibə ilə bağlı əsasən insanların ölümü və iztirabları narahat edir. İkinci qrupa daxil insanlar isə əsasən Rusiyanın dünyada təklənməsindən, iqtisadi vəziyyətdən və ölkədə totalitarizmin artmasından narahatdırlar. Bununla belə müharibənin dərhal və qeyd-şərtsiz dayandırılmasını rəyi soruluanların yalnız 18 faizi istəyir. Respondentlərin 39 faizi Moskvanın Donbas separatçılarının müstəqilliyinə nail olmasını, 36 faizi isə Krımın Rusiyanın bir hissəsi kimi tanınmasını istəyir. Respondentlərin 40 faizə yaxını Ukrayna ordusunun tam kapitulyasiyasını gözləmək istədiyini bildirib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR