
Reklam
10 Aprel 2022, 23:20
699
Rusiya millisi İranla yoldaşlıq oyunu keçirmək istəyir
Futbol üzrə Rusiya millisi İranla beynəlalq yoldaşlıq oyunu keçirə bilər.
Gazette az "Sport-Express"ə istinadən xəbər verir ki, qarşılaşma iyunun 2-nə planlaşdırılır.
Lakin əvvəlcə bu matçla bağlı FIFA-dan icazə alınmalıdır. Çünki həm ali futbol qurumu, həm də UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmasının və klublarının öz bayraqları altında keçirilən turnirlərdə iştirakına qadağa qoyub.
Qeyd edək ki, İran millisi bu il Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





