BAKU Azərbaycan
17.03 °C

Vilyam Hacıyevin işdən çıxarılan oğlu danışdı: "Baş prokuror Kamran Əliyevə müraciət etdim ki..." - AÇIQLAMA

Bu gün işdən çıxarılan Məhəmməd Hacıyev vəzifədən azad olunması ilə bağlı açıqlama verib.

Gazette Az xəbər verir ki, M.Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, işdən ayrılmaq üçün özü Baş Prokuror Kamran Əliyevə müraciət edib.

“Şəxsi işlərim çox olduğundan xidməti işləri görməyə vaxtım uyğunlaşmırdı. Bu səbəbdən bir neçə gün öncə özüm könüllü olaraq Baş prokuror Kamran Əliyevə müraciət etdim ki, məni tutdugum vəzifədən sərəncama götürsün”, - o qeyd edib.

Qeyd edək ki, Məhəmməd Hacıyev həbsdə olan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin oğludur. O, Qubadlı Rayon Prokurorluğunun müstəntiqi idi.