
Reklam
21 Mart 2022, 12:09
651
Tokayev: "Qazaxıstanı irimiqyaslı islahatlar gözləyir"
“Qarşıda bizi irimiqyaslı islahatlar, yeni Qazaxıstanın quruculuğu gözləyir”.
Gazette Az “Zakon”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev martın 21-də Novruz bayramına həsr edilən tədbirdə bildirib.
“Biz gənclərlə birlikdə yeni Qazaxıstan quracağıq, bizim bu istiqamətdə bütün işlərimiz alınacaq, ikinci respublika yaranmayacaq”, - Kasım-Jomart Tokayev vurğulayıb.
Xatırladaq ki, Novruz bayramı Qazaxıstanda da dövlət səviyyəsində qeyd olunur. Bayramla əlaqədar martın 21-23-ü istirahət günləridir.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





