
Reklam
20 Mart 2022, 20:23
714
Sabah Moskva-Bakı reysi üzrə uçuşlar bərpa olunur
Sabahdan Rusiya ilə Azərbaycan arasında müntəzəm uçuşları bərpa olunur.
Gazette Az xəbər verir ki, bu barədə Rusiyanın "Aeroflot" şirkəti məlumat yayıb.
Bildirilir ki, ilk Moskva-Bakı reysi (SU-1852) yerli vaxtla saat 00:35- 04:50-da həyata keçiriləcək.
Qeyd edək ki, martın 5-də "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırdığını elan etmişdi.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





