
Reklam
20 Mart 2022, 17:25
570
“Qazprom” Ukrayna vasitəsilə qaz nəqlini ştat rejimində həyata keçirir
Rusiyanın “Qazprom” şirkəti Avropaya Ukrayna vasitəsilə qaz nəqlini ştat rejimində davam etdirir.
Gazette Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
“Martın 20-də Ukrayna ərazisindən keçməklə Avropaya qaz nəqli avropalı istehlakçıların sifarişlərinə uyğun olaraq, 106,6 milyon kubmetr təşkil edib”, - məlumatda deyilir.
Xatırladaq ki, bu, uzunmüddətli müqavilə əsasında bron edilmiş həcmə (gündəlik, təxminən, 109,5 milyon kubmetr) yaxındır. “Qazprom”un 2022-ci il üçün Ukrayna qarşısında tranzit üzrə müqavilə öhdəliyi 40 milyard kubmetr təşkil edir.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





