Saatlıda yeni sutəmizləyici qurğu istismara verilib

“Azərsu” ASC bölgələrdə kənd əhalisinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Novruz bayramı ərəfəsində Saatlı rayonunun Orta Muğan kəndində əks-osmos tipli sutəmizləyici qurğu istismara verilib.

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Saatlı rayonunun əvvəllər Qarayevkənd adlanan Orta Muğan kəndinin içməli su təchizatı indiyədək modul tipli sutəmizləyici qurğu hesabına təmin olunub. 2010-cu ildə quraşdırılmış modul tipli sutəmizləyici qurğuda suvarma kanalının suyu təmizlənərək əhaliyə verilirdi. Qurğu uzun illər istifadə olunub və istismar müddətini başa vurub. Üstəlik, son illər suvarma kanallarında suyun azalması və bəzi hallarda quruması nəticəsində qurğunun istismarı mümkünsüz olub. Bu səbəbdən son illər yay aylarında kənd sakinlərinin içməli su təminatında ciddi problemlər yaranırdı. Həmin dövrdə əhalinin içməli su təminatı uzaq məsafədən maşınlarla daşınan su hesabına ödənilirdi.

Bütün bunlar nəzərə alınaraq kənddə yaranan su çatışmazlığının həlli məqsədilə yeni layihənin icrasına başlanılıb. “Azərsu” ASC-nin daxili imkanları hesabına həyata keçirilən layihə subartezian quyusunun qazılması və buradan çıxarılan codluğu yüksək olan suyun içməli su standartları səviyyəsində təmizlənməsini nəzərdə tutur. Bu məqsədlə ərazidə subartezian quyusu qazılaraq işlək vəziyyətə gətirilib. Quyudan çıxan su 20 kubmetr tutumu olan xam su anbarında toplanır. Emala ötürülən su ABŞ istehsalı olan əsk-osmos tipli sutəmizləyici qurğuda əvvəlcə qum və kömür süzgəclərindən keçirilir. Emal zamanı su əks-osmos qurğusunun 0,001 mikronluq süzgəclərində bütün asılı maddələr, virus və bakteriyalardan təmizlənir. Təmizlənmiş su 20 kubmetr həcmli təmiz su anbarına toplanır.

Emaldan keçən su şəbəkəyə ötürülməzdən öncə zərərsizləşdirilir. Suyun keyfiyyətinə regional laboratoriyanın səyyar laboratoriyaları tərəfindən mütəmadi nəzarət olunur. Şəbəkəyə ötürülən su ümumi istifadə üçün quraşdırılmış 15 bulaq vasitəsilə sakinlərə çatdırılır. Yeni qurğu Saatlı rayonunun Orta Muğan kəndinin 3 minə yaxın sakinini keyfiyyətli və təhlükəsiz içməli su ilə təmin edir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR