
Reklam
14 Mart 2022, 20:15
571
Kamran Əliyev məşhur prokuroru işdən çıxardı
Azərbaycanda tanınmış prokuror olan Tariyel Qurbanov tutduğu vəzifədən azad olunub.
Gazette Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev müvafiq əmr imzalyıb.
O, Baş Prokurorluğun Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsindən azad edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq məlumatı təsdiqləyiblər. T.Qurbanovun işdən çıxarılmasının səbəbləri açıqlanmayıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





