Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3 % artıb

Bu ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 7 milyard manatlıq, o cümlədən 3,9 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 3,1 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Gazette Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,6 %, qeyri-ərzaq malları üzrə 3,5 % artıb.

2022-ci ilin 2 ayında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi pulun 9,4 %-i ərzaq mallarının, 6 %-i içki və tütün məmulatlarının, 15,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 %-i avtomobil benzini və dizel yanacağının, 4,9 %-i elektrik malları və mebellərin, 2,5 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Hesabat dövründə qeyri-dövlət sektorunun təsərrüfat subyektlərinin satdığı malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,2 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib. 2021-ci ilin yanvar-fevral ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 12,2 % artıb, fərdi sahibkarlar üzrə 0,4 %, bazar və yarmarkalarda 0,1 % azalıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,2 manatlıq, o cümlədən 191,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,3 manatlıq qeyri-ərzaq malları alıb.

SON XƏBƏRLƏR

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

BÜTÜN XƏBƏRLƏR