“Associated Press”: İraqın Ərbil şəhərinə raket İrandan atılıb

   

 

 Bazar günü gecə İraqın şimalındakı Ərbil şəhərinə raket zərbəsi İran ərazisindən həyata keçirilib.

Gazette Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, bunu İraq və Amerika rəsmiləri də təsdiqləyiblər. Onlar İraq Kürdüstanının paytaxtının hansı yerdən atəşə tutulduğu barədə ətraflı məlumat verməyiblər.

İraqlı mənbənin sözlərinə görə, atəşin hədəfi ABŞ-ın Ərbildəki Baş konsulluğu olub, lakin tikilməkdə olan ABŞ diplomatik missiyasının binası ərazisində partlayan raketlərin heç biri ciddi ziyan vurmayıb. Atəş zamanı həmçinin zərərçəkən olmayıb.

Qeyd edək ki, daha əvvəl “Kürdistan-24” telekanalı hüquq-mühafizə orqanlarına istinadən məlumat verib ki, əraziyə ümumilikdə 12 ballistik raket buraxılıb. Telekanalın ofisinin yerləşdiyi binaya ziyan dəyib, ölən və xəsarət alan olmayıb. Eyni zamanda “Rudaw” telekanalı 14 raketin atıldığını bildirib. Təhlükəsizlik qüvvələri hücumla bağlı araşdırma aparır.

Öz növbəsində, “Reuters” agentliyi adının açıqlanmasını istəməyən amerikalı rəsmiyə istinadən bildirib ki, atışma ABŞ hərbçiləri arasında itkilərə səbəb olmayıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR