BAKU Azərbaycan
13.03 °C

İstanbulda əlverişsiz hava şəraitinə görə 407 təyyarə reysi ləğv edilib

İstanbulda qarlı və çovqunlu hava şəraitinə görə bu günə nəzərə tutulmuş 407 təyyarə reysi ləğv edilib.

Gazette Az  AA-ya istinadən xəbər verir ki, “Türk Hava Yolları”nın mətbuat müşavirliyindən verilən məlumata görə, bunların 357-si İstanbul Hava Limanının, 50-si isə Sabiha Gökçen Hava Limanının payına düşür.

Bununla yanaşı, əlverişsiz hava üzündən İstanbul boğazında gəmilərin hərəkəti dayandırılıb, ali və orta məktəblərdə dərslər keçirilmir.