Rusiyanı çökdürəcək qərar: Səfalətlə üz-üzə qalacaq

G7 (Böyük Yeddilər) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək.

Gazette Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.

“İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır”, - Dombrovskis vurğulayıb.

Onun sözlərinə görə, G7 dövlətləri Rusiya və Belarusla ticarətdə ən əlverişli dövlət rejiminin ləğvini elan etməyə hazırdırlar və digər ölkələr də onlara qoşula bilər.

Enerji sektorundakı məhdudiyyətlərdən danışan Dombrovskis qeyd edib ki, variantların heç biri gündəmdən düşmür, lakin indi gələn qışa hazırlaşmaq lazımdır.

Qeyd edək ki, Ukrayna Aİ və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalara çağırıb.

 

 

olkeaz

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR