Dünyanın ilk bərəsi: türklərin tikdiyi nəhəng "su aslanı

Dünyanın ilk bərəsinin Osmanlı İmperiyası dövründə türklər tərəfindən tikildiyini bilirsinizmi?

Gazette Az xarici KİV-lərə istinadla xəbər verir ki, 1800-cü illərdə İstanbul Boğazının hər iki tərəfində daşımalar sadə qayıqlar vasitəsilə həyata keçirilirdi. 1840-cı illərdə kiçik vaporlar boğazda daşıma xidməti göstərməyə başlayır. 1850-ci ildə isə "Şirkəti-Xeyriyyə"nin qurulması ilə İstanbul əhalisinə daha böyük bərələr vasitəsilə dəniz nəqliyyatı xidməti göstərilməsinin əsası qoyulur.

Şirkətin rəhbərlərindən biri olan Hüseyn Haqqı Əfəndi yenilikçi bir insan idi və uzun illərdir Boğazda xüsusilə nəqliyyat vasitələrinin daşınmasını asanlaşdıracaq bir həll yolu axtarırdı. Şirkətin memarı ilə birlikdə bir il ərzində çalışaraq həm irəli, həm də geri gedə bilən, göyərtəsi düz, üzərində insanların da daşınması üçün ərazisi olan, hər iki ucunda qapaqların olduğu bir bərə dizaynı hazırlayırlar. 

Həmin dizaynı İngiltərədəki gəmiqayırma zavoduna göndərirlər. İngilislər dizayna heyran qalır.

İnşası təxminən 2 il davam edən, 1871- ci ildə başa çatan bərəyə "Suhulet" adı verilir ki, bunun da mənası "rahatlıq" deməkdir. İlk səfərini 

1872-ci ildə Üsküdarla Qabadaş arasında reallaşdıran "Suhulet" İstanbul Boğazının hər iki tərəfində 89 il xidmət göstərir. Xalq arasında bu bərənin ikinci adı "nəhəng su aslanı" olaraq anılır. (publika.az)

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR