Bu il HÖP ilə YAŞAT Fonduna 100 min manata yaxın pul köçürülüb
Sosial
07.03.2022 / 14:32
Bu ilin yanvar-fevral aylarında Hökumət Ödəniş Portalı (HÖP) ilə YAŞAT (Yaralananların və Şəhid Ailələrinin Təminatına Dəstək) Fonduna 93 408 manat pul köçürülüb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 62,2% azdır.
Son 1 ildə HÖP ilə Fonda ödənişlərin (tranzaksiya) sayı isə 66,3% azalaraq 606-ya düşüb.
2 aylıq ödənişin 62 077 manatlıq hissəsi (124 ədəd) nağd, 27 217 manatlıq hissəsi (434 ədəd) ödəniş kartları, 4 114 manatlıq hissəsi isə (48 ədəd) bank hesabları vasitəsi ilə həyata keçirilib.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay