
Reklam
06 Mart 2022, 22:34
462
ABŞ və Ukrayna liderləri Rusiyaya qarşı sanksiyaları müzakirə ediblər
ABŞ Prezidenti Cozef Bayden Ukrayna lideri Vladimir Zelenskiyə zəng edib.
Gazette Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin nümayəndəsi bildirib.
Onun məlumatına görə, prezidentlər ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:18-dən 18:50-dək (Bakı vaxtı ilə saat 03:18-dən 03:50-dək) danışıblar.
Öz növbəsində, Zelenski tviter hesabında söhbət zamanı təhlükəsizlik məsələləri, Ukraynaya maliyyə dəstəyi və Rusiyaya qarşı sanksiyaların davam etdirilməsinin gündəmdə olduğunu bildirib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





