
Çexiya vətəndaşlarının Ukraynada döyüşməsi üçün hüquqi mane aradan qalxıb
Çexiya vətəndaşlarının Ukraynada Rusiyaya qarşı döyüşməsinə icazə verilib.
Gazette Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Çexiyanın Baş naziri Petr Fiala tviter səhifəsində yazıb.
“Miloş Zemanla (Çexiya Prezidenti - red.) görüşdə Ukraynaya gedərək ukraynalılar tərəfdən döyüşmək istəyənlərin cəzalandırlmayacaqlarına qarant verəcəyimizi razılaşdırdıq”, - o qeyd edib.
Volodimir Zelenski martın 3-də bildirmişdi ki, dünyanın 16 dövlətindən könüllülər Ukraynada Rusiyaya qarşı döyüşmək istəyir.
Qeyd edək ki, Çexiya qanunvericiliyinə əsasən, başqa dövlətin silahlı qüvvələrində hərbi xidmət edən ölkə vətəndaşı 5 il müddətinə azadlıqdan məhrum edilir.
Xatırlada ki, Miloş Zeman uzun müddət Rusiya Prezidenti Vladimir Putinin ən qatı tərəfdarlarından olub. Ancaq Ukraynaya qarşı müharibə başlayandan sonra rusiyalı həmkarını “ağılsız” adlandırıb.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





