BAKU Azərbaycan
18.03 °C

Rusiyalı aktyor bank soymaq istədi, tutuldu

"İstintaqın sirləri" və "Sınıq işıqların küçələri" serialları ilə tanınan rusiyalı aktyor Andrey Bozhanov Sankt-Peterburqda bank ofisini soymağa cəhd edib.

Gazette Az axşam.az-a istinadən xəbər verir ki, xarici KİV-də yer alan məlumata görə, müşahidə kameraları aktyorun kassirə silah doğrultmasını və pulu ondan tələb etməsini qeydə alıb. Lakin Andrey buna müvəffəq ola bilmədən oradan qaçıb. O, hadisədən bir neçə saatdan sonra saxlanılıb və barəsində cinayət işi açılıb.

Andreyin üzərində aparılan axtarış zamanı polis travmatik tapança aşkar edib. Onun 8 ilə qədər həbsi gözlənilir.