Hulusi Akar: "Qara dənizin rəqabət bölgəsinə çevrilməməsi üçün səy göstəririk"

“Bu illər ərzində Montrö statusu çox uğurla davam edib. Sözügedən konvensiya bütün sahilyanı ölkələr üçün faydalı olmaqla yanaşı, digər ölkələrin də giriş-çıxışını tənzimləyir”.

Gazette Az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar söyləyib.

Onun sözlərinə görə, Montrö konvensiyasının sıradan çıxarılması və status-kvonun dəyişməsinin heç kimə faydası olmayacaq: "Montrö Konvensiyasını qorumaqda fayda görürük. Biz bu çərçivədə işimizi davam etdiririk. Arzumuz budur ki, bu problemlər ən qısa zamanda sülh yolu ilə, diplomatik yollarla həll olunsun və bölgədə yenidən sülh və əmin-amanlıq hökm sürsün. Biz bunun üçün çalışırıq”.

Milli müdafiə naziri bildirib ki, Türkiyə Montrö Konvensiyasının 19, 20 və 21-ci maddələrini həyata keçirməyə davam edəcək:

"Qara dənizin rəqabət bölgəsinə çevrilməməsi üçün səy göstəririk. Qara dənizə ən uzun sahili olan ölkə olaraq bu anlayışı bir prinsip olaraq qoruyub saxladıq. Türkiyə olaraq bütün görüşlərimizdə Qara dənizdə sülhün, əmin-amanlığın və təhlükəsiz mühitin qorunması üçün səy göstərdik”.

SON XƏBƏRLƏR

Azərbaycanın şərqşünaslıq elmini zirvələrə ucaldan alim – Aida İmanquliyeva

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

BÜTÜN XƏBƏRLƏR