Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul qaydaları açıqlanıb

Azərbaycan Müdafiə Nazirliyinin hərbi liseylərinə 2022/2023-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.

Nazirlikdən bildirilib ki, cari il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirən, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilirlər.

Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 AZN məbləğində müavinət alırlar.

Hərbi liseylərə qəbul olmaq istəyən namizədlər aprelin 1-dən 30-dək ərizə ilə Lisey rəisinə müraciət etməlidirlər.

Ərizəyə aşağıdakı sənədlər əlavə olunmalıdır:

- Şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə);

- Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;

- Valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri;

- Sinif rəhbəri tərəfindən yazılmış və məktəb direktoru tərəfindən təsdiq edilmiş xasiyyətnamə;

- Rəngli fotoşəkil (baş geyimsiz, anfas) – 6 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə;

- Ailə tərkibi və yaşayış yeri haqqında arayış;

- Burunətrafı boşluqların rentgenoqrafiyası;

- Elektrokardioqramma;

- Qanın ümumi analizi, qan qrupu və rezus-faktor;

- Qanın QİÇS və sifilisə görə seroloji reaksiyalara aid müayinələrinin nəticələri;

- Qanın hepatit C və hepatit B-yə dair müayinəsinin nəticələri;

- Sidiyin ümumi analizi;

- Nəcisdə helmintlərin yumurtalarının müayinəsinə dair tibbi sənəd;

- Dizenteriya qrupuna dair müayinə, əsnəkdən və burundan difteriya çöplərinin aşkar edilməsi üçün müayinə;

- Psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

- Xroniki və son 12 ay ərzində keçirdiyi yoluxucu və parazitar xəstəliklərə görə dispanser qeydiyyatında olub-olmaması barədə məlumatlar, ambulator xəstənin tibbi kartı (olunmuş peyvəndlər haqqında məlumat), stasionar xəstənin tibbi kartından çıxarışlar (forma № 27/U), rentgenoqramlar, xüsusi müayinə metodlarının protokolları və vətəndaşın səhhətini xarakterizə edən digər tibbi sənədlər (məktəblinin tibb kartası – forma № 26/U).
Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin əsli namizəd tərəfindən sənəd qəbulu komissiyasına şəxsən təqdim olunur.

Namizədlər müraciət etdikləri Hərbi Liseydə yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən bildirilir.
Hərbi həkim komissiyasının qərarına əsasən Hərbi Liseydə təhsil almağa yararlı hesab edilən namizədlər internet vasitəsi ilə elektron ərizə formasını doldurur, şifrə və iş nömrəsini çap edir, sonra həmin şifrə və iş nömrəsi ilə Hərbi Liseyin Sənəd Qəbulu Komissiyasına gələrək elektron ərizə formasını təsdiq edirlər. Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən olunan müddətdə namizədlər Dövlət İmtahan Mərkəzinin rəsmi elektron saytında şifrə və iş nömrəsini daxil etməklə qəbul imtahanına buraxılış vərəqəsi alırlar.
Ümumi orta təhsil haqqında attestatda hər hansı bir fənn üzrə yekun qiymət “2” olan namizədlərə imtahana buraxılış vərəqəsi verilmir və onlar Hərbi Liseyə qəbul olunmurlar.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən test üsulu ilə keçirilən qəbul imtahanı verirlər. Test imtahanı aşağıdakı fənlər üzrə Azərbaycan dilində aparılır:

– Azərbaycan dili;

– riyaziyyat;

– fizika;

– kimya.

Namizədlər Hərbi Liseylərə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanının nəticələrinə əsasən qəbul edilirlər.

Sənədlər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yaradılmış komissiya tərəfindən qəbul olunur.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR