Nazir: “SGC Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir”

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi (SGC) bütün tərəflərin maraqlarının uzlaşdırılması və diversifikasiya siyasətinin məhsulu kimi bu gün Azərbaycan qazının regional və beynəlxalq bazarlara fasiləsiz axınını təmin edir.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin sədrliyi ilə keçirilən Qaz İxrac edən Ölkələr Forumunun (GECF) dövlət və hökumət başçılarının VI Sammitində çıxışı zamanı deyib.

Energetika naziri qaz ölkəsi kimi Azərbaycanın etibarlı təchizatçı və enerji təhlükəsizliyinin təminatında mühüm tərəfdaş kimi qəbul olunmasının əsasında doğru proqnozlaşdırmaya, beynəlxalq əməkdaşlığa və inkişafa hesablanmış, dünyadakı çağırışları çevik nəzərə alan, balanslaşdırılmış enerji siyasətinin dayandığını qeyd edib: “Biz enerji təhlükəsizliyi və ətraf mühit arasında balansın tərəfdarıyıq. Ona görə də ilk vaxtlardan enerji təchizatının yeni mənbəyi olarkən marşrutları və tədarük bazarlarını şaxələndirməklə bərabər enerji balansında resursların da müxtəlifliyinə nail olmağa çalışmışıq. Hazırkı enerji böhranı da təsdiqləyir ki, bu, daha rasional yanaşmadır”.

Nazir çıxışında deyib ki, enerji keçidi çağırışının rasional həlli təbii qazın enerji balansından çıxarılması ilə deyil, onun bu prosesdə körpü rolunun dəstəklənməsi ilə mümkündür. Bu kontekstdə qaz bazarı iştirakçılarının - istehlakçı və istehsalçı ölkələrin vizyonu və koordinasiyalı fəaliyyəti bütövlükdə enerji bazarında sabitlik üçün əsas faktorlardan biridir.

Çıxışda, həmçinin dünyanın enerji keçidində təmiz enerji resursu olaraq qaza artan ehtiyacının qarşılıqlı faydalı əməkdaşlıq əsasında təmin ediləcəyinə və GECF-in bu prosesə töhfə verəcəyinə inam ifadə edilib.

Qeyd edək ki, Sammitdə İran, Əlcəzair, Ekvatorial Qvineya və Mozambik prezidentlər, Liviya, Trinidad və Tobaqo baş nazirlər, 12 ölkə isə nazirlər səviyyəsində təmsil olunub.

Sammitin yekununda Doha Bəyannaməsi qəbul olunub.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR