"Taliban" keçmiş hərbçiləri qurduğu orduya qəbul edir

“Əfqanıstandakı “Taliban” hərəkatı əvvəlki hakimiyyətdə ordu sıralarında xidmət etmiş hərbçiləri özünün qurduğu yeni ordunun tərkibinə qəbul etməyə hazırdır”.

Gazetteaz TASS-a istinadən xəbər verir ki, bunu “Taliban”ın “Tasfiye əs-Səf” (“Sıraların təmizlənməsi”) komissiyasının rəhbəri Lətifullah Hakimi fevralın 22-də Kabildə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni ordu ABŞ-ın Əfqanıstanda saxladığı silah və hərbi texnikadan istifadə edəcək: “Amerikalılar qaçan zaman atıb getdikləri 80 helikopter və təyyarəni artıq təmir etmişik. Bizim qənimət kimi 300 min atıcı silahımız, 26 min ağır silahımız və 61 min hərbi avtomobilimiz var”.

Məlumata görə, “Taliban”ın Müdafiə Nazirliyinin mətbuat katibi İnayətullah Xavarizmi yeni Əfqanıstan ordusunun 150 min nəfərlik olacağını bildirmişdi.

Qeyd edək ki, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstan hakimiyyəti ələ keçirib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR