
Reklam
21 Fevral 2022, 14:41
481
Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş olacaq
Rusiyan xarici işlər naziri Sergey Lavrov Antalyada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.
Gazetteaz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
S.Lavrov martın 11-13-də Antalyada keçiriləcək diplomatiya forumunda iştirak edəcək. O, tədbir çərçivəsində Türkiyənin XİN başçısı ilə görüşəcək.
Eyni zamanda, Antalyada Astana formatının qarantı olan dövlətlərin xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
Xatırladaq ki, Astana formatı Suriyadakı vəziyyətin həllini nəzərdə tutur. Türkiyə, Rusiya və İran Suriyadakı vəziyyətə zəmanətçi ölkələrdir.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





