BAKU Azərbaycan
15.03 °C

Yeni Zellandiyada koronavirus sürətlə artır

Yeni Zellandiya koronavirusun yeni dalğası ilə üzləşib, ölkədə yoluxma sayı xeyli artıb.

Gazetteaz xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Casinda Ardern bildirib.

“İndi əvvəllər heç görmədiyimiz problemlər və təhlükələr dövrüdür. Pandemiyanın başladığı iki il ərzində Yeni Zellandiya sakinlərinin get-gdə daha çox yoluxma halları görəcəkləri bir dövrə qədəm qoyuruq”, - hökumət başçısı media nümayəndələri ilə söhbəti zamanı deyib.

Koronavirus pandemiyasından nisbətən az zərər çəkmiş ölkələrdən olan Yeni Zellandiyada son vaxtlar gündəlik yoluxma sayı artaraq ötən gün 981-ə çatıb.

“Worldometers”ə görə, ölkədə pandemiya dövründə koronavirusa 21,5 mindən çox sakin yoluxub, bunların 53 nəfəri dünyasını dəyişib.