Bakıdakı Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda batut gimnastikası üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.

 Milli Gimnastika Arenasındakı tədbirdə gənclər və idman nazirinin müavini Mariana Vasileva, Beynəlxalq Gimnastina Federasiyasının Texniki Komitəsinin üzvü Tatyana Şuyska və digər şəxslər iştirak ediblər.

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Şuyska çıxış edərək yarışdakı rəsmi şəxsləri, gimnastları və idmançıları salamlayıb: "Bizə yeni qoşulan Hindistan və İranı da salamlamaq mənim üçün xoşdur. Pandemiya günlərində bu yarışların ən yüksək səviyyədə hazırlanmasında zəhməti olan Bakıdakı Dünya Kubokunun yerli Təşkilat Komitəsinə və könüllülərə təşəkkür edirəm".

Mariana Vasileva gimnastları yenidən Bakıda gördüyü üçün şad olduğunu bildirib: "Pandemiyanın ağır günlərindən sonra yenidən birlikdəyik. Bu, o deməkdir ki, idman ruhu və qələbə arzusu bütün çətinlikləri dəf etmək üçün bizə stimul verir. Buraya 13 ölkədən 50 idmançı toplaşıb. Gənclər və İdman Nazirliyi adından hamıya uğurlar, can sağlığı və yeni qələbələr arzulayıram. Batut gimnastikası üzrə Dünya Kubokunu açıq elan edirəm".

Son olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, iki gün davam edəcək yarışda Azərbaycanı yığma komandanın üzvü Selcan Mahsudova təmsil edəcək.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR