BAKU Azərbaycan
13.03 °C

"İlk oğlum 10 həftəlik olarkən qollarımda öldü"

Dünyanın ən varlı insanları siyahısında yer alan, "Tesla" və "SpaceX"in sahibi İlon Maskın şəxsi həyatı ilə bağlı bəzi məlumatlar ortaya çıxıb.

Gazetteaz axşam.az-a istinadən bildirir ki, iş adamının elektron yazışmaları ifşa edilib. 2018-ci ildə Teslanın qəzaya düşməsi nəticəsində övladını (red. - 18 yaşlı sürücü Barrett Riley) itirən ailə ilə yazışan İlon ilk övladını - Castin Uilsondan olan Nevada Aleksandr Maskı 10 həftəlik olarkən itirdiyindən danışıb:

"Uşağını itirməkdən daha pis bir şey yoxdur. Birinci oğlum 10 həftəlik olarkən qollarımda öldü. Mən onun ürək döyüntülərini hiss etdim".

Qeyd edək ki, 2018-ci ildə Barrett Florida ştatında saatda təxminən 116 mil sürətlə gedən "Tesla Model S"də idarəetməni itirərək beton divara çırpılaraq həyatını itirib.