
Reklam
11 Fevral 2022, 19:38
560
"Real Madrid"in əsas hücumçusu PSJ-yə qarşı oynaya bilər
İspaniya "Real Madrid"inin futbolçusu Kərim Benzema Fransada PSJ-yə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda iştirak edə bilər.
Bu barədə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti açıqlama verib. İtaliyalı mütəxəssis fransalı hücumçunun komanda ilə birlikdə Parisə uçacağını bildirib.
Qarşılaşma fevralın 15-də "Park de Prens" stadionunda baş tutacaq.
Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 9-da olacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





