Kristian Eriksen: "Bu dünyadan beş dəqiqəlik ayrıldım"

"Bu dünyadan beş dəqiqəlik ayrıldım, sonra ürəyim yenidən döyünməyə başladı".

Bunu Danimarka millisinin və İngiltərənin "Brentford" klubunun futbolçusu Kristian Eriksen Avropa çempionatında Finlandiyaya qarşı qrup oyununda meydanda huşunu itirməsi barədə BBC-yə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi ürəyinin dayandığı həmin 5 dəqiqədən başqa, hər şeyi xatırlatdığını bildirib: "Topun oyuna daxil edilməsi, dizimə dəyməsi, bir sözlə, hamısı yadımdadır. Sonradan baş verənləri isə xatırlamıram. Ayıldıqdan sonra ətrafımda insanların dayandığını gördüm. Sinəmdə təzyiq hiss edirdim. Nəfəs almağa çalışırdım".

Təcrübəli oyunçu həmin vaxt baş verənləri tam dərk etmədiyini söyləyib: "Başıma gələnlərdən xəbərim yox idi. Beynimdən keçən ilk fikirlər belə oldu: "Ayaqlarıma nəsə olub, belimi sındırmışam? Ayağımı qaldıra bilərəmmi? Tam olaraq nə baş verdiyini anlamaq üçün mikrohərəkətlər etmək istəyirdim. Təcili yardım maşınında kiminsə "Nə qədər keçdi?" sualını eşitdim. "Beş dəqiqə" deyə cavab verildi. İlk dəfə idi ki, bu dünyada olmadığımı eşidirdim. Bu, möcüzəyə bənzəyirdi".

Qeyd edək ki, Kristian Eriksen "Brentford"la cari mövsümün sonunadək müqavilə imzalayıb.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR