BAKU Azərbaycan
17.03 °C

Dünyanın ən böyük cilalanmış qara almazı hərracda satılıb

Dünyanın ən böyük cilalanmış qara almazı Eniqma hərracda 3,16 milyon funt sterlinqə (4,3 milyon dollar) satılıb.

Gazetteaz APA-ya istinadən bildirir ki, 555,55 karatlıq qiymətli daşın mənşəyi ilə bağlı müxtəlif nəzəriyyələr irəli sürülür.

Bir milyard yaşı olduğu təxmin edilən Eniqmanın asteroid vasitəsilə Yer planetinə gəlməsi barəsində də nəzəriyyələr mövcuddur.

Hərrac sahibi qiymətli daşı alanın adını açıqlamayıb, lakin satınalmadan bir qədər sonra kriptovalyuta sahibkarı Riçard Hart sosial media üzərindən Eniqmanın yeni sahibi olduğunu açıqlayıb.