BAKU Azərbaycan
27.03 °C

Binədə maraqlı mənzərə: Sakinlərin keçməkdə çətinlik çəkdiyi yolda, qazlar üzür

Bu küçədə qazlar,sakinlərdən rahat gəzir. Paytaxtın Binə qəsəbəsində aylardır küçədə yığılıb qalan su  məktəbə gedən şagirdlərin işini xeyli çətinləşdirir.. Görüntüləri sujetimizdə izləyəcəksiniz. Məsələyə aidiyyatı qurumlar da münasibət açıqlayıb.. 

Gazette Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlərin keçməkdə çətinlik çəkdiyi yolda, qazlar  üzür.

Avtomobillərin belə çətinliklə hərəkət etdiyi bu yol, Paytaxtın  Xəzər rayonu binə qəsəbəsi, məmmədyarov küçəsindən keçir.

Sakinlər iddia edirlər ki,problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də heç bir nəticəsi olmayıb.Yağış suları ərazidə o qədər artıb ki, yoldan çıxaraq yaxınlıqdakı evlərə dolur. Bunun nəticəsində evlərin döşəməsi yararsız hala düşür.  

Məsələ ilə bağlı Xəzər rayon icra hakimiyyətindən bildirildi ki, o suların çəkilməsi üçün xüsusi yerlər qazılıb, setkalar qoyulmalıdır. O da kifayət qədər çox pul tələb edir. Nə vaxta qədər orada yağış sularının axıdılması üçün drenajlar yoxdur o ərazi elə suyun içində qalacaq. Bu işə isə bizim öhdəliyimizdə deyil. Azərsu açıq səhmdar cəmiyyətindən isə bildirildi ki,sözügedən ərazidə Azərsuyun heç bir infrastrukturu mövcud deyil.

Binə Bələdiyyəsindən isə şifahi olaraq bildirildi ki, yaxın günlərdə öz hesablarına ərazidəki problemi həll edəcəklər.